Bakıda kafedə silahlı insident olub
02.12.2019 09:37 Gündəm

Bakıda kafedə silahlı insident olub

Bu barədə Mediapost.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetirib.

Xəsarət alan F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Suraxanı Rayon Polis idarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.QuliyevE.Babayev saxlanılıblar.

E.Babayevdən cinayətdə istifadə etdiyi “Winchester” markalı tüfəng götürülüb.

Xəbərlər departamenti

Gündəm