Bakıda "KamAZ" iki tələbəni vurub üstündən keçdi - HADİSƏ ANI - VİDEO
11.12.2019 06:11 Gündəm

Bakıda "KamAZ" iki tələbəni vurub üstündən keçdi - HADİSƏ ANI - VİDEO

APA-nın məlumatına görə, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

Mediapost.az


Xəbərlər departamenti

Gündəm