Bakıda taksi sürücüsü qarət edilib
29.04.2020 07:26 Kriminal

Bakıda taksi sürücüsü qarət edilib

“MediaPost” xəbər verir ki, fevralın 29-da saat 21:00 radələrində Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində naməlum sərnişin taksi sürücüsü İ.Xankişiyevi bıçaqla hədələyərək quldurluq yolu ilə onu qarət edib.

Başladılan cinayət işi nəticəsində Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən 1997-ci il təvəllüdlü əvvəllər də Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə məhkum olunmuş M. Mehdiyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm