Bakıda kirayənişin 43 yaşlı kişini ürəyindən bıçaqladı
12.12.2019 07:09 Kriminal

Bakıda kirayənişin 43 yaşlı kişini ürəyindən bıçaqladı

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Abdinov Həmid İntiqam oğlu Xəzər rayonu, Qala qəsəbəsində kirayədə yaşadığı nömrəsiz evin həyətində 1976-cı il təvəllüdlü Ağalarov Əli Mirqubad oğluna sol döş qəfəsi və bel nayihəsindən 2 bıçaq zərbəsi endirib.

Hadisə qısqanclıq zəminində baş verib.

Yaralı xəstəxanaya çatdırılıb. H.Abdinov hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb. Hazırda hadisənin törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm