Bakıda kişi binanın damından özünü atmaq istəyib - FOTOLAR
25.11.2019 15:59 Gündəm

Bakıda kişi binanın damından özünü atmaq istəyib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyi Bakıda intihara cəhdin qarşısının alınması faktı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Mediapost.az-a verilən məlumatda qeyd olunur ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər 5 mərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.



Xəbərlər departamenti

Gündəm