Bakıda köməksiz vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
09.08.2020 15:54 Gündəm Hadisə

Bakıda köməksiz vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən “MediaPost”a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər şöbəsi

Gündəm