Bakıda koronavirus şübhəsi ilə iki nəfər xəstəxanaya yerləşdirilib
03.02.2020 07:55 Hadisə

Bakıda koronavirus şübhəsi ilə iki nəfər xəstəxanaya yerləşdirilib

Bu barədə "MediaPost"a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, 1996-cı il təvəllüdlü Çin vətəndaşı sonuncu dəfə yanvarın 19-da Çində olub. Bildirilib ki, onun analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-də evə buraxılacaq.

Məlumata görə, digəri 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, hazırda Çində təhsil alır. Bakıya yanvarın 28-də gəlib. Heç bir şikayəti yoxdur, amma buna baxmayaraq inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq. Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar.

Xəbərlər departamenti

Gündəm