Bakıda küçədən kişi meyiti tapılıb
03.03.2020 07:44 Hadisə

Bakıda küçədən kişi meyiti tapılıb

“MediaPost”un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən küçələrin birində təxminən 60-70 yaşlarında kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı meyitin Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü İbrahimov Nizami Kərim oğlu olması müəyyən edilib.

Hazırda N.İbrahimovun ölüm səbəbini müəyyən edilməsi üçün eskpertiza təyin olunub.

Faktla araşdırma aparılır.

Əcəmi Əsədulla

Xəbərlər departamenti

Gündəm