Bakıda küçəyə atılmış uşaq tapıldı
03.03.2021 00:21 Hadisə

Bakıda küçəyə atılmış uşaq tapıldı

Bakıda kimsəsiz azyaşlı tapılıb.

"MediaPost"  APA-ya istinadən xəbər verir ki, gecə saatlarında Xətai rayonu Naximov küçəsində təxminən 4-5 yaş aralığında azyaşlı polislər tərəfindən tapılıb.

Azyaşlı ərazidə xidmət göstərən polislər tərəfindən sığınacağa gətirilib.

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə APA-ya bildirib ki, özünü Nərgiz kimi təqdim edən uşaq onu anasının qoyub getdiyini bildirib.

Hadisə şahidləri isə azyaşlını yaşlı bir qadının küçəyə buraxıb getdiyini deyiblər.

Xəbərlər şöbəsi

Gündəm