Bakıda külək xəstəxananın dam örtüyünü uçurub
"MediaPost" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal rayonunda altımərtəbəli xəstəxana binasının dam örtüyünün bir hissəsinin yerindən qoparaq ağacın üzərinə düşməsi barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.