Bakıda mağazadan 5 min manatlıq geyim oğurlanıb
21.04.2020 11:07

Bakıda mağazadan 5 min manatlıq geyim oğurlanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "MediaPost"a verilən məlumata görə, oğurluq etdiyi üçün tutulmuş E.Mirzəyevin ətrafında Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki mağazaların birindən 5000 manat dəyərində geyim əşyaları və aksesuarlar, bir çay evindən isə 1000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm