Bakıda marşrut avtobusu mikroavtobusla toqquşub, yaralılar var
21.11.2019 07:11 Gündəm

Bakıda marşrut avtobusu mikroavtobusla toqquşub, yaralılar var

Bakının Sahil qəsəbəsi 20-ci sahə ərazisində marşrut avtobusu mikroavtobusla toqquşub.

Səhiyyə Nazirliyindən Mediapost.az-a verilən xəbərə görə, Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkın məlumata görə, 6 nəfər xəsarət alıb. 51, 28, 43,34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla KTM-ə çatdırılıblar . 17 yaşlı oğlana yerində yardım edilib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm