Bakıda maşın körpüdən belə aşdı - ANBAAN - <span>VİDEO</span>
10.08.2020 08:28 Gündəm Hadisə

Bakıda maşın körpüdən belə aşdı - ANBAAN - VİDEO

Paytaxtın Heydər Əliyev prospektində baş vermiş qəza hadisəsi kameraya düşüb.

"MediaPost" xəbər verir ki, günün qaranlıq vaxtında qəfildən avtomobil köməkçi yoldan əsas yola düşüb.

Belə ki, körpünün kənarı ilə hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə təxminən 4 metr hündürlükdən yola düşüb. Bu zaman yolda hərəkətdə olan avtomobillər az olduğundan xəsarət alan olmayıb. Amma aşan avtomobilin sürücüsü yaralanıb.

Qeyd edək ki, hadisə bir müddət əvvəl baş verib.

Videonu təqdim edirik:

Xəbərlər şöbəsi

Gündəm