Bakıda məktəbin yaxınlığında qəza: Ölən var
21.04.2020 07:45 Hadisə

Bakıda məktəbin yaxınlığında qəza: Ölən var

"MediaPost" xəbər verir ki, hadisə ötən gün, təxminən saat 16:30 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 180 nömrəli tam orta məktəbinin yaxınlığında qeydə alınıb. Cəbrayık rayon sakini, 1987-ci il təvəllüdlü Samir Rüstəmov etibarnamə ilə idarə etdiyi "Mitsubishi" markalı yük avtomobili ilə hərəkətdə olan zaman yolu əks tərəfə keçmək istəyən 1990Ba-cı il təvəllüdlü İlkin Xankişiyevi vurub. İ.Xankişiyev hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm