Bakıda məktəbin yaxınlığındakı evdə güclü yanğın - VİDEO
28.04.2020 11:24 Hadisə

Bakıda məktəbin yaxınlığındakı evdə güclü yanğın - VİDEO

Maştağa qəsəbəsi, 22 saylı orta məktəbin yaxınlığındakı fərdi yaşayış evində yanğın başlayıb.

“MediaPost” xəbər verir ki, bu barədə məlumatı jurnalist Bəxtiyar Hacıyev yayıb.

O bildirib ki, yanğının ətrafdakı evlərə keçmə ehtimalı böyükdür.

İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.

FHN-dən "MediaPost"a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər departamenti

Gündəm