Bakıda məktəblini maşın vururaq öldürüb
28.04.2020 11:00 Hadisə

Bakıda məktəblini maşın vururaq öldürüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "MediaPost"a verilən məlumata görə, aprelin 27-də saat 15 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş X.Rzayev idarə etdiyi “MAZ” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi, 14 yaşlı Bəşir Cəlalovu vurub və uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm