Bakıda mənzildə meyit tapılıb
09.11.2020 18:40 Hadisə

Bakıda mənzildə meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"MediaPost" FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1963-cü il təvəllüdlü Həşimov Rüstəm Həşim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər şöbəsi

Gündəm