Bakıda mirkoavtobusa çırpılan velosipedçi ölüb
21.12.2019 09:36 Hadisə

Bakıda mirkoavtobusa çırpılan velosipedçi ölüb

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Paytaxt sakini, 1973-cü il təvəllüdlü Nəsibov Roman Zaman oğlu idarə etdiyi velosipedi mikroavtobusa çırpıb. Qəza nəticəsində velosipedin sürücüsü Roman Nəsibov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm