Bakıda möhtəşəm musiqi bayramı: taf LAB bir yaşını qeyd edir
24.02.2020 13:43 Mədəniyyət

Bakıda möhtəşəm musiqi bayramı: taf LAB bir yaşını qeyd edir

Ötən il Bakıda yaranmış taf LAB elektron musiqi platforması martın 7-də bir illik fəaliyyətini möhtəşəm musiqi bayramı ilə qeyd edəcək.

"MediaPost" xəbər verir ki, komanda bu günə qədər yerli və əcnəbi artistlərin iştirakı ilə yeraltı musiqi janrlarında 15 tədbir təşkil edib.

12 saat davam edəcək bir yaş tədbirində Moskva "Sdvig"dən Yury Rets, A/DV, Tbilisidən "Clinical Hates" və Sankt-Peterburqdan "Yeahlena" dəvət alıb.

Yerli səhnəni Hazi Karim, Reef və Cosmodustun təmsil edəcəyi tədbir “Skalodrom”da baş tutacaq.

Biletləri öncədən və tədbir günü əldə etmək mümkündür.

Xəbərlər departamenti

Gündəm