Bakıda neft şirkətinin layihə rəhbəri ölüb - HOTELDƏ
13.04.2020 11:23 Hadisə

Bakıda neft şirkətinin layihə rəhbəri ölüb - HOTELDƏ

"MediaPost" xəbər verir ki, hadisə Nəsimi rayonunda yerləşən “JW Marriott Absheron” hotelində baş verib.

Hoteldə müştəri kimi qalan, 1957-ci il təvəllüdlü Böyük Britaniya vətəndaşı Tyumer Con Levinsonun meyiti tapılıb.

Meyitin ilkin müayinəsi zamanı onun ürək çatışmazlığından öldüyü bildirlib.

Əldə etdiyimiz məlumata görə, ölən şəxs uzun müddətdən bəri Bakıda yaşayır və “Turan Drilling and Engineering Company LLC” neft şirkətində layihə rəhbəri olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm