Bakıda "Niva"da güllələnən şəxsin FOTOLARI
23.12.2019 17:13 Kriminal

Bakıda "Niva"da güllələnən şəxsin FOTOLARI

Məlum olduğu kimi, dünən gecə paytaxtın Yasamal rayonunda silahlı insident olub. Hadisə zamanı "Niva" markalı avtomobildə olan iki nəfər - 1989-cu il təvəllüdlü Zülfü Muradov və 1987-ci il təvəllüdlü İlkin Bağıyev güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyi hadisə ilə bağlı açıqlamasında bildirib ki, dekabrın 22-si saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar: "Hər iki yaralıya həkimlər lazımi tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir".Bakıda Niva

4 güllə yarası almış Zülfü Muradov məhkəmədə (məhbus olduğu zaman)


Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsi Cinayət axtarış şöbəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Tural Nağıyev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, Zülfü Muradov bir neçə müddət məhbus həyatı yaşayıb.

Mediapost.az silahlı insident zamanı 4 güllə yarası almış Z.Muradovun əldə etdiyi fotolarını təqdim edir:

Mediapost.az

Xəbərlər departamenti

Gündəm