Bakıda ögey ana əri ilə birgə azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR
09.12.2019 07:45 Gündəm

Bakıda ögey ana əri ilə birgə azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR

Mediapost.az-ın xəbərinə görə, bu barədə jurnalist Elgün Gəncimsoy sosial media hesabında məlumat verib.

Belə ki, Bakıda yaşayan iki uşaq atası Xəqani Kazımov həyat yoldaşının vəfatından sonra Nuranə adlı qadınla ailə qurub. Övladaları Qulu və Hüseynin anası onlar körpə olduqları zaman həyatını itirib.

Məlumata görə, işgəncələr yeni evlilikdən sonra başlayıb və doğma ata da həyat yoldaşı ilə birgə uşaqlara qarşı zorakılıq edib.

"Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı qardaşımın üzünə atıb onu yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü... ", işgəncə gördüyünü deyən Hüseyn bildirib.

"Nuranə qardaşımı ayağından asdığını atama dedim. Atam da məni məftillə boğazımdan asdı. Sonra Nuranəyə dedi ki, bizi döysün. O, da dəmirlə bizi döydü. Sonra ipdən düşürüb əllərimizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orada qalırdıq. Qardaşımın əli şişmişdi. Mən Nuranəyə qardaşımın əlini göstərəndə o, mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da sulux olan əlimi iynəldi...", Hüseynin qardaşı Qulu söyləyib.

Hazırda uşaqların ana babasının yanında olduğu və onların atasının himayəsindən alınması üçün Sabunçu rayon məhkəməsinə müraciət edildiyi bildirilir.

Hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmaların başlanıldığı söylənilir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm