Bakıda ölən şəxsin meyitini qonşuları tapdı: Kəskin iydən sonra
27.04.2020 07:11 Hadisə

Bakıda ölən şəxsin meyitini qonşuları tapdı: Kəskin iydən sonra

“MediaPost” xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü Həsənov İlqar Ağalar oğlunun meyiti yaşadığı evdən qonşuları ətrafa yayılan kəskin qoxudan sonra aşkar edirlər.

İ.Həsənovun bir neçə gün öncə öldüyü məlum olub. Onun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertizalar təyin olunub.

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm