Bakıda övladlarına işgəncə verən valideyn həbs edilib
11.12.2019 14:30 Gündəm

Bakıda övladlarına işgəncə verən valideyn həbs edilib

Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı Şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mediapost.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün "facebook" profilində yazıb.

Belə ki, aparılmış istintaqla Ağcabədi rayon sakini Xəqani Əkbərovun Nüranə Əkbərova ilə köməksiz vəziyyətdə olan övladları Qulu Əkbərov və Hüseyn Əkbərzadəni Zabrat qəsəbəsində yaşadıqları evdə mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə fiziki ağrılar yetirərək 2019-cu ilin oktyabr ayında Q.Əkbərova alın və burun nahiyələrinin ikinci dərəcəli termiki yanıqları, mexaniki asfiksiyaya səbəb olmayan boyun nahiyyəsinin stranqulyasiya şırımı, sol said nahiyəsinin sıyrığı, sol bazu sol dirsək oynağı və sol baldır nahiyyələrinin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid, H.Əkbərzadəyə isə sağ ayağın dərialtı hematoması ilə müşayiət olunan sağ ayaqda V ayaq-daraq sümüyünün yerini dəyişən qapalı sınığı, sol budun, sol baldırın və sol ayağın dərialtı hematomaları, sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin sağ saidin, döş qəfəsinin, sağ budun, sağ diz və sağ aşıq-baldır oynağı nahiyələrinin qançırları, sol əlin III barmağının, sağ budun və sağ baldırın II dərəcəli termiki yanıq yaraları kimi, ümumilikdə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Xəbərlər departamenti

Gündəm