Bakıda piyada faciədən son anda qurtuldu - VİDEO
11.02.2020 12:21 Hadisə

Bakıda piyada faciədən son anda qurtuldu - VİDEO

"MediaPost"un təqdim etdiyi videoda baş verən qəza da bu sıradandır. Əsas diqqət çəkilən məqam havanın həm yağışlı, həm də küləkli olmasıdır.

Sürücü yüksək sürətlə hərəkət edir. Bu zaman yerin sürüşkən olması, həmçinin güclü külək idarəetməni itirməsinə səbəb olur. Nəticədə avtomobil yoldan çıxır.

Videoda digər diqqətçəkən məqam isə piyada amilidir. Müəyyən olunmayan yerdən keçən piyada sürücünün son anda sayıqlığı nəticəsində ölümdən xilas olur.

Sürücülərə əsas tövsiyəmiz budur ki, müxtəlif hava şəritinə uyğun olaraq sürət seçsinlər. Eyni zamanda yağışlı, qarlı havada əyləcdən maksimum dərəcədə az istifadə olunsun.

Piyadalara isə əsas tövsiyəmiz budur ki, "yol boşdur", "maşın azdır" kimi fikirlərlə müəyyən olunmamış yerlərdə yolu keçməsinlər.

Təqdim etdiyimiz video gecə saatlarında çəkilib və demək olar ki, yol boşdur. Amma qəza bütün bunlara baxmır.

Videonu izləyin, nəticə çıxarın və yollarda ehtiyatlı olun!

Teymur Məmmədov, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm