Bakıda piyada sürücünün ölümünə səbəb oldu
02.03.2020 09:43 Hadisə

Bakıda piyada sürücünün ölümünə səbəb oldu

“MediaPost”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

A.Şərifzadə küçəsində 1980-ci il təvəllüdlü Abdullayev Daşqın Allahyar oğlu “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qarşısına piyada çıxıb. Bu zaman sürücü idarəetməni itirib. Nəticədə avtomobil işıqfora çırpılıb.

D.Abdullayev aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Əcəmi Əsədulla

Xəbərlər departamenti

Gündəm