Bakıda qadın piyadanı avtomobil vurub
25.01.2023 08:03 Hadisə

Bakıda qadın piyadanı avtomobil vurub

Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"MediaPost"un məlumatına görə, avtomobil yolu keçən 1987-ci il təvəllüdlü Mustafayeva Sevin Mehralı qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbərlər departamenti

Gündəm