Bakıda qadın və iki azyaşlı qaynar sudan yanıb
21.11.2019 07:57 Gündəm

Bakıda qadın və iki azyaşlı qaynar sudan yanıb

Bakıda 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Səhiyyə Nazirliyindən Mediapost.az-a bildirilib ki, hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda baş verib. Həmin ərazidə yerləşən fərdi yaşayış evlərindən birində qadın və iki azyaşlı uşağının üzərinə qaynar su tökülüb:

"Hadisə nəticəsində yanıq xəsarəti alan 3 nəfər barədə məlumat Təcili Yardım Xidmətinə saat 22.32-də daxil olub. Hadisə yerinə gələn həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırıb"

Xəbərlər departamenti

Gündəm