Bakıda qadının evinə pəncərədən girərək qızıllarını oğurlayan şəxs tutulub
04.03.2020 06:48 Kriminal

Bakıda qadının evinə pəncərədən girərək qızıllarını oğurlayan şəxs tutulub

"MediaPost"un məlumatına görə, martın 2-də saat 07 radələrində Nərimanov rayonu K. Rəhimov küçəsində yerləşən S. Cəfəovaya məxsus evin pəncərəsindən daxil olmaqla 3500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə zərərkəçmiş tərəfindən "102 Zəng Xidməti"nə müraciət daxil olub.

Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının isti izlərlə keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1985-ci il təvəllüdlü Z. Şahgəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlər departamenti

Gündəm