Bakıda qız evə iki günlük körpə ilə gəldi, işə polis qarışdı
28.04.2020 07:50 Hadisə

Bakıda qız evə iki günlük körpə ilə gəldi, işə polis qarışdı

Bakıda qəribə hadisə baş verib.

'MediaPost" xəbər verir ki, Bakı şəhər Yasamal rayonu, 2-ci Alatava qəsəbə sakini Mahmudova Qiyafət Mahmud qızı ötən gün DİN-nin "102 Xidməti"nə zəng edərək bildirib ki, qızı 1986-cı il təvəllüdlü Mahmudova Nəzakət Elman qızı yaşadıqları evə yeni doğulmuş uşaq gətirib.

Araşdırmalar zamanı həmin uşağın 2 günlük, yəni doğulmuş qadın cinsindən olması müəyyən edilib. Körpə oradan götürülərək körpələr evinə təhvil verilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm