Bakıda qız öz evindən 16 min dollar oğurlayıb
04.02.2020 10:12 Hadisə

Bakıda qız öz evindən 16 min dollar oğurlayıb

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "MediaPost"a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da rayon ərazisindəki evlərin birindən 1000 manat və 16.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin qızı və Bakı şəhər sakini Ə.Məmmədova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm