Bakıda restoran parkinqində insident - Müştərinin maşını qaçırıldı
20.01.2020 12:54 Hadisə

Bakıda restoran parkinqində insident - Müştərinin maşını qaçırıldı

“MediaPost” “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən “Cratos” restoranının yeraltı dayanacağında qeydə alınıb.

Məlumata görə, Y.Xəlilov adlı şəxs həmin restoranın parkinqində olan zaman borclu olduğu Rüfət adlı şəxs və yanındakı bir nəfər ona zor tətbiq edərək BMW markalı avtomobili əlindən alaraq qaçıblar.

Faktla bağlı araşdırma aparılır.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm