Bakıda saxta pul satan dəstə tutulub
14.04.2020 10:28 Kriminal

Bakıda saxta pul satan dəstə tutulub

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximdətindən "MediaPost"a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri N.Qədirov, E.Abdullazadə, N.Hüseynov, C.Dövlətov və M.Usubova aprelin 9-da Nərimanov rayonu ərazisində 24 ədəd 100 manatlıq saxta əskinası (2400 manat) şərti alıcıya satarkən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbərlər departamenti

Gündəm