Bakıda seçicilər əleyhinə reklam kağızları yapışdıran şəxs saxlanılıb
01.02.2020 11:29 Hadisə

Bakıda seçicilər əleyhinə reklam kağızları yapışdıran şəxs saxlanılıb

Bakı şəhər BPİ mətbuat xidmətindən "MediaPost"-a verilən məlumata görə, yanvarın 30-da onun rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında seçki lövhəsinə seçicilərin əleyhinə olan reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub.

Vətəndaş müvafiq olaraq, ərazi üzrə polis bölməsinə gətirilməklə əməlinin hüquqazidd olması ona izah olunub və barəsində İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Onun əməllərində inzibati xətanın tərkib elementləri olduğundan qanunverciliyə uyğun olaraq müvafiq tədbir görülməklə sərbəst buraxılıb.

Xəbərlər departamenti

Gündəm