Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTO
25.11.2019 13:15 Gündəm

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTO

Bakıda sərnişin avtobusu yol qəzası törədib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində baş verib.

Belə ki, həmin ərazidə hərəkətdə olan 160 saylı marşrut avtobusu yük maşını ilə toqquşub.

Xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm