Bakıda skandal: "Biabırçılıqdır, barbarlar dağıdırlar binaları"
27.12.2019 08:43 Hadisə

Bakıda skandal: "Biabırçılıqdır, barbarlar dağıdırlar binaları"

"MediaPost" xəbər verir ki, "Qobu Park 2" yaşayış kompleksində qeyri-etik hal yaşanıb. Belə ki, naməlum şəxs binanın blokuna təbii ehtiyacını ödəyib. Bununla bağlı məlumat verən bina sakini jurnalist Rövşən Əsədov belə halların qarşısının alınması üçün "Qobu Park 2" yaşayış kompleksində təhlükəsizlik kameralarının quraşdırılmasını təklif edib:

"Bura məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksidir. 19-cu bina, 1-ci blok, 6-cı mərtəbədir. "Kristal Abşeron" şirkətindən xahiş edirəm ki, inşa etdikləri bu binalara kameralar quraşdırsın. Belə əxlaqsızları tapıb cərimələmək lazımdı".

R.Əsədovun sözlərinə görə, bundan öncə də oxşar hadisə baş verib və bu, ilk belə hal deyil: "Bir binada 100 mənzil, hər bir mənzildə tualet var amma bu insanlar (vulqar söz olduğu üçün dəyişdirilib - "MediaPost") hara gəldi təbii ehtiyaclarını ödəyirlər. Gah liftə, gah dəhlizə, gah pilləkənlərə... Belə də dərd olar? Vəhşi, barbarlar dağıdırlar gül kimi binaları, evləri. Hər gün evə gələndə mən əsəb-stress keçirdirəm".

Jurnalist həmçinin digər problemlərə diqqət çəkərək bildirib ki, eyni zamanda yaşayış binasının liftini də tez-tez sıradan çıxarırlar: "Lifti xarab edirlər gündə 3-4 dəfə, işləməyəndə təpik-yumruqla çağırmaq üçün lövhənin üstünə vururlar. Sanki onda işləyəcək. 10-cu mərtəbədən piyada düşüb-qalxmaqdan bizdə nəfəs qalmayıb daha. Dərdimizi kimə deyək, kimə şikayət edək? Dağıdan dağıdanındır".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm