Bakıda tələbə qız faciəvi şəkildə öldü - Foto
15.04.2020 20:37

Bakıda tələbə qız faciəvi şəkildə öldü - Foto

Bakıda tələbə qız eyvandan yıxılaraq vəfat edib.

"MediaPost" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı ehtiyatsızlıq nəticəsində eyvandan yıxılıb. O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Nilgün Məhərrəmova Bakı şəhəri 6 nömrəli məktəbin məzunu olub. O, Bakı Ali Neft Məktəbinin 3-cü kurs tələbəsi idi.


Xəbərlər departamenti

Gündəm