Bakıda təzə binaya taxta pilləkan qoyuldu - AÇIQLAMA/ FOTO
04.08.2020 15:21 Gündəm Cəmiyyət

Bakıda təzə binaya taxta pilləkan qoyuldu - AÇIQLAMA/ FOTO

Qobu Park Yaşayış Kompleksində məcburi köçkünlərə verilmiş 17-ci binada blokun qarşısına taxtadan hazırlanmış pilləkən qoyulub.

Bu barədə “MediaPost”a jurnalist Rövşən Əsədov şikayət edib. O bildirib ki, bina sakinləri girişdə olan əsas pilləkənın qarşısını bağlayaraq kənardan pilləkan qoyub. Jurnalist bu pilləkanın yeni binanın görüntüsünü korladığını deyib:

Sözügedən şikayətlə bağlı “MediaPost”a açıqlama verən Qobu Park Mənzil Kommunal İstismar İdarəsinin müdiri Əhməd Abdullayev məsələdən xəbərdar olduğunu söyləyib:

“Həmin pilləkan “Kristan Abşeron” şirkətinin fəhlələri tərəfindən qoyulub. Binanın üzərində təmir işləri aparılır. İşlər tamamlandıqdan sonra pilləkan söküləcək”.

Xəbərlər şöbəsi

Gündəm