Bakıda tikinti materialları bazarında güclü yanğın: 3 helikopter cəlb edilib - VİDEOLAR - YENİLƏNİB
10.12.2019 06:22

Bakıda tikinti materialları bazarında güclü yanğın: 3 helikopter cəlb edilib - VİDEOLAR - YENİLƏNİB

“EuroHome” tikinti materialları bazarı ərazisində başlayan yanğınla bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) "Çağırış 3" elan olunub.

FHN-dən Mediapost.az-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, o cümlədən nazirliyin 3 helikopteri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.




***

Mediapost.az xəbər verir ki, yanğın Binəqədi rayon ərazisində, "Ekologiya postu" yaxınlığında yerləşən “EuroHome”da baş verir.

Hadisə şahidlərinin sözlərinə görə, əraziyə yanğınsöndürənlər cəlb olunub.

Hadisənin qarşısının alınması istiiqamətində işlərin davam etdidi bildirilir.


Həmçinin oxu: “EuroHome”dakı yanğınla bağlı hadisə yerinə 4 həkim briqadası göndərilib

Xəbərlər departamenti

Gündəm