Bakıda ucuz mənzillərin satışına başlanılır - QİYMƏTLƏR
07.08.2020 07:41 İqtisadiyyat

Bakıda ucuz mənzillərin satışına başlanılır - QİYMƏTLƏR

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsandakı mənzillərin növbəti partiyasını satışa çıxarıb.  

Bu barədə “MediaPost”a Agentlikdən bildirilib. Məlumata görə, ümumilikdə 502 mənzil satışa çıxarılıb. Mənzillərin 79-u 1 otaqlı, 377-si 2 otaqlı, 46-sı 3 otaqlıdır.

Mənzillərin kreditlə alış qiyməti 1 otaqlılar üçün 32 130 manat, 2 otaqlılar üçün 43 010 manat, 3 otaqlılar üçün 57 120 manatdan başlayır.

Mənzillərin nağd şəkildə satışı zamanı isə 10% endirim nəzərdə tutulur.

Nağd əldə edildikdə 1 otaqlı mənzili 28 917 manata, 2 otaqlı mənzili 38 709 manata, 3 otaqlı mənzili 51 408 manata əldə edə bilərlər.

Mənzillərin satışı illik 4%-lə 3-30 il müddətinə mümkündür. Minimal ilkin ödəniş mənzilin qiymətinin 10%-ni təşkil edir.

Rahim Tarıverdiyev/MediaPost

 

Xəbərlər şöbəsi

Gündəm