Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın - VİDEO
25.02.2020 09:06 Hadisə

Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın - VİDEO

"Report" xəbər verir ki, hadisə Xətai rayonunun Ayaz İsmayılov küçəsi 69A ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, binanın uşaq bağçası və müxtəlif obyektlərin yerləşdiyi ikinci mərtəbəsindəki təmirsiz otaqlardan birində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələrinin əməkdaşları cəlb olunub. Yanğının digər otaqlara və uşaq bağçasına keçməsinin qarşısı alınıb.

Yanğın söndürülüb.


Xəbərlər departamenti

Gündəm