Bakıda xəstəxanada əkiz körpələrdən biri oğurlanıb - <span>FOTOLAR</span>
07.08.2020 15:06 Gündəm Kriminal

Bakıda xəstəxanada əkiz körpələrdən biri oğurlanıb - FOTOLAR

Bakıda ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edib.

“MediaPost” xəbər verir ki, bu barədə apa-ya danışan Bakının Sabunçu rayon, Zabrat qəsəbə sakini Aytən Namazova qeyd edib ki, iyulun 31-də 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində əkiz uşaq dünyaya gətirib. Ana iddia edir ki, uşaqlardan biri oğurlanıb: “Doğuşdan əvvəl USM-dən keçmişəm. Həkimlər mənə əkiz uşaq dünyaya gətirəcəyimi bildirdilər. Lakin doğuşdan sonra mənə bir uşaq verildi”.

Məsələ ilə bağlı doğuşu həyata keçirən həkim-ginekoloq Xatirə Həsənova açıqlamasında bildirib ki, Aytən Namazovanın şikayəti əsassızdır: “O, doğuşdan əvvəl bir dəfə USM-dən keçib. Həmin USM-nin nəticələri də səhv göstərilib. İstənilən vaxt kamera vasitəsi ilə yoxlama aparıla bilər”.

USM-ni həyata keçirən 3 saylı şəhər Klinik Xəstəxanasının ginekoloqu həkim Şərqiyyə İbrahimova isə yoxlanış zamanı iki uşaq olduğunun göstərildiyini bildirib: "Ola bilər ki, sonradan döllərdən biri inkişafdan qalsın. Amma bizim cavabımızda səhv ola bilməz".

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə məsələ ilə bağlı hazırda araşdırma aparıldığını bildirib.

img
img
img

Xəbərlər şöbəsi

Gündəm