Bakıda xəstəxanaya gətirilən qadın 3 gün sonra öldü
11.11.2020 10:39 Hadisə

Bakıda xəstəxanaya gətirilən qadın 3 gün sonra öldü

Bakıda ölüm hadisəsi baş verib. 

"MediaPost" xəbər verir ki, 8 noyabr taxində Xəzər rayonu Buzovna qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, yolu keçmək istəyən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xəlilova Validə Rayəddin qızını minik avtomobili vurub.

Qadın yaralı halda 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Göstərilən səylərə baxmayaraq qadın 10 noyabr tarixində gecə saatlarında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əcəmi Əsədulla

Gündəm