Bakıda yanğın oldu, 1 nəfər xilas edildi
02.03.2021 21:19 Hadisə

Bakıda yanğın oldu, 1 nəfər xilas edildi

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin mətbəxində məişət tullantıları 3 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "MediaPost"a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər şöbəsi

Gündəm