Bakıda yanmış meyit müayinə olundu: cinayət, yoxsa intihar?
28.04.2020 08:15 Hadisə

Bakıda yanmış meyit müayinə olundu: cinayət, yoxsa intihar?

"MediaPost" xəbər verir ki, martın 27-də Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi və rayon prokurorluğuna Binəqədi rayon "DSK" yolu I mədən adlanan ərazidə üzərində yanıq xəsarətləri olan naməlum kişi meyiti aşkar edilməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə baxış keçirilib.

Meyitin yanında "Argo" markalı siqaretin kötüyü, qablaşdırılmış vəziyyətdə olan spirt və kibrit qablaşdırılaraq götürülüb.

İlkin araşdırmalarla həmin meyiti aşkar edilən çəxsin ətraf ərazilərdə butulka və dəmir yığmaqla məşğul olduğu müəyyən edilib.

Meyitin xarici müayinəsi zamanı yanmış hissələrində hər hansı xəsarət izi aşkarlanmayıb.

Aşkar edilmiş meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbərlər departamenti

Gündəm