Bakıda yaşayan rayon qeydiyyatlı şəxslərin icbari tibbi sığorta xidmətlərindən istifadə qaydası açıqlanıb
27.11.2019 14:40 İqtisadiyyat

Bakıda yaşayan rayon qeydiyyatlı şəxslərin icbari tibbi sığorta xidmətlərindən istifadə qaydası açıqlanıb

Agentlkdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 24-cü maddəsinə əsasən, pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə xəstənin həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququ var.

Məlumatda qeyd olunub ki, icbari tibbi sığorta çərçivəsində sığortaolunanların tibbi xidmətlərdən istifadə şərtləri xidmətlər zərfi, ilkin səhiyyə xidmətlərdən istifadə şərtləri isə təhkimolunma qaydaları ilə tənzimlənəcək. Sözügedən sənədlər hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, müştərək maliyyələşmə məbləği, o cümlədən təhkimolunma qaydaları təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm