Bakıda yaşayış evi yanıb
12.04.2020 22:00 Hadisə

Bakıda yaşayış evi yanıb

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən "MediaPost"a verilən məlumata görə, şəhərin Suraxanı rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xəbərlər departamenti

Gündəm