Bakıda "Yeddi gözəl" beynəlxalq layihəsi təqdim olunacaq
16.12.2019 07:38

Bakıda "Yeddi gözəl" beynəlxalq layihəsi təqdim olunacaq

Mediapost.az xəbər verir ki, tədbir gələn il fevralın 29-da Heydər Əliyev sarayında keçiriləcək.

Bu, bir səhnədə yeddi opera divasını birləşdirən unikal konsert layihəsidir. Konsert "by Sultan Couture" brendinin yaradıcısı, məşhur rusiyalı kutyure Orxan Sultanın yubileyinə həsr ediləcək.

Qeyd edək ki, Orxan Sultan yalnız kostyum dizayneri, dekorator yox, eyni zamanda Rusiya Dizaynerlər İttifaqının, Parisdəki Rus Rəssamlar Birliyinin üzvü, habelə moda sənayesi sahəsində beynəlxalq mükafatların laureatıdır.

Xəbərlər departamenti

Gündəm