Bakıda yeniyetmə qız anasının telefonlarını və pulunu oğurlayaraq evdən qaçıb
05.12.2019 09:10

Bakıda yeniyetmə qız anasının telefonlarını və pulunu oğurlayaraq evdən qaçıb

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini Aygün Cabbarlı rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə müraciət edərək qızı, 2004-cü il təvəllüdlü Günay Cabbarlının ona məxsus iki ədəd "Samsung" markalı telefonu və 800 manat pulunu götürərək evdən çıxdığını və geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırmalara başlanıb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm