Bakıda yıxılan kişi bir gün sonra evində öldü
10.08.2020 07:45 Gündəm Hadisə

Bakıda yıxılan kişi bir gün sonra evində öldü

Bakıda ölüm hadisəsi baş verib.

“MediaPost” xəbər verir ki, Nizmai rayon sakini, 1964-cü il təvəllüdlü Tahir Atayev avqustun 8-də Binəqədi rayonu ərazisində yıxılaraq xəsarət alıb. Ona ilkin yardım göstəriləndən sonra evə buraxılıb.

Lakin ötən gün avqustun 9-da Tahir Atayev yaşadığı ünvanda ölüb. Onun hansı səbəbdən öldüyü araşdırılır.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.  

Əcəmi Əsədualla/MediaPost

Xəbərlər şöbəsi

Gündəm